İyun ayının 1-də – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkum valideynlərlə uşaqların görüşü keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov çıxış edərək uşaqları və onların valideynlərini bayram münasibətilə təbrik edib. O, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uşaq siyasətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Çıxışda azad olunmuş ərazilərdə uşaq bağçaları, məktəblər və idman meydançalarının inşasına xüsusi önəm verildiyi vurğulanıb.
Bayram tədbiri Naxçıvan Dövlət Kukla Teatrının kloununun təşkil etdiyi müxtəlif oyunlar və musiqi nömrələri ilə uşaqlar üçün daha əyləncəli və yaddaqalan olub.
Sonda Penitensiar Xidmətin rəhbərliyi tərəfindən uşaqlara bayram hədiyyələri təqdim olunub.
Tədbirdə 12 məhkum və 20 uşaq iştirak edib.
1 Haziran’da – Uluslararası Çocukları Koruma Günü vesilesiyle, Nahçıvan Özerk Cumhuriyeti Adalet Bakanlığı Ceza İnfaz Kurumu tarafından “Anayasa ve Egemenlik Yılı” çerçevesinde Karma Rejimli Cezaevinde hükümlü ebeveynler ile çocukların görüşmesi gerçekleştirildi.
Etkinlikte Adalet Bakanlığı Ceza İnfaz Kurumu Stratejik Planlama ve İzleme Şube Başkanı, adalet albay yardımcısı Ali Rahimov bir konuşma yaparak çocukları ve ebeveynlerini bayram vesilesiyle tebrik etti. Ulu önder Haydar Aliyev’in temelini attığı çocuk politikasının Cumhurbaşkanı İlham Aliyev ve Birinci Cumhurbaşkanı Yardımcısı Mehriban Aliyeva tarafından başarıyla sürdürüldüğünü belirtti. Konuşmada, kurtarılmış topraklarda çocuk yuvaları, okullar ve spor alanlarının inşasına özel önem verildiği vurgulandı.
Bayram etkinliği, Nahçıvan Devlet Kukla Tiyatrosu palyaçosunun düzenlediği çeşitli oyunlar ve müzik numaraları ile çocuklar için daha eğlenceli ve unutulmaz oldu.
Sonunda Ceza İnfaz Kurumu yönetimi tarafından çocuklara bayram hediyeleri takdim edildi.
Etkinliğe 12 hükümlü ve 20 çocuk katıldı.