Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin səbəbi məlum olub.
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qida zənciri nəzarət şöbəsinin müdiri Orxan Orucovun jurnalistlərə verdiyi açıqlamaya görə, Naxçıvan şəhər Heydər Əliyev prospektində yerləşən “Kassap dönər”də 17 nəfər kütləvi qida zəhərlənməsinə məruz qalması ilə bağlı məlumat daxil olan kimi təxirəsalınmaz tədbirlər agentlik tərəfindən görülüb:
“Əməkdaşlarımız hadisə baş vermiş dönərxanada müvafiq tədbirləri həyata keçirib, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb, müvafiq tədbirlər görülüb və nümunələr seçilərək Naxçıvan qida təhlükəsizliyi institunun labaratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir. Ətraflı nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.
Qurum rəsmisi bildirib ki, baş verən hadisə həm mövsümlə də, həm də məhsulların saxlanması, istifadə qaydalarının pozulması ilə əlaqədar ola bilər.
“Araşdırma davam etdirilir, qida zəncirinin müvafiq mərhələlərində aparılan araşdırma istər çiy dönər saxlanılması və ya emalı müəsissəsində, dönər üçün nəzərdə tutulan, həm də termiki emala məruz qalmış dönərdən də nümunələr seçilir və orada istifadə olunan dönər üçün nəzərdə tutulan souslar, ketçuplar, moyanezlərdən də nümunələr seçilib, qida təhlükəsizlik institunun labaratoriyasına təqdim olunub. Ümumiyyətlə, həmin məhsullarla bağlı normativ hüquqi akt qəbul olunub. Həmin aktda qeyd olunan temperatur rejimi məsələlərinə əməl etmək lazımdır. Apardığımız müşahidələr zamanı istifadə olunan moyanez, ketçup və digər sousların müvafiq temperaturda saxlanmağı, gigiyenik qaydaların pozulması sonda bu kimi arzuolunmaz hadisələrə səbəb olur”.
“Zəhərlənənlərin 9 nəfəri azyaşlı olub”.
Həkim bildirib ki, iyunun 9-da Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 nəfər şəxs qida zəhərlənməsi diqanozu ilə daxil olub: “Daxil olarkən xəstələrin vəziyyəti orta-ağır və iki nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Aparılan simptomatik yardımlardan və dinamik müşahidədən sonra xəstələr tam klinik sağalma ilə evə buraxılıb. Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub. Ümumi zəhərlənənlərin sayı 17 nəfər olub. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, bizdə zəhərlənmə halının çox olduğu barədə məlumat var. Yəni, təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib”.
Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib.
Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.
Məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, bu, son 20 gün ərzində Naxçıvanda dönərdən ikinci kütləvi zəhərlənmə hadisəsidir. Mayın 21-i Naxçıvanda dönərdən 7 nəfər zəhərlənmişdi.
Nahçıvan’da dönerden kaynaklanan toplu zehirlenmenin nedeni belli oldu.
Nahçıvan Özerk Cumhuriyeti Gıda Güvenliği Ajansı Gıda Zinciri Kontrol Şubesi Müdürü Orhan Orucov’un gazetecilere yaptığı açıklamaya göre, Nahçıvan şehir Haydar Aliyev Caddesi’nde bulunan “Kasap Döner”de 17 kişinin toplu gıda zehirlenmesine maruz kalmasıyla ilgili bilgi gelir gelmez ajans tarafından acil önlemler alındı:
“Çalışanlarımız olayın yaşandığı döner salonunda gerekli önlemleri aldı, döner salonunun faaliyeti kısıtlandı, gerekli önlemler alındı ve numuneler alınarak Nahçıvan Gıda Güvenliği Enstitüsü laboratuvarına teslim edildi. Araştırmalar devam ediyor. Detaylı sonuçlar hakkında kamuoyuna bilgi verilecek.”
Kurum yetkilisi, yaşanan olayın hem mevsimle hem de ürünlerin saklanması, kullanım kurallarının ihlaliyle ilgili olabileceğini belirtti.
“Araştırma devam ediyor, gıda zincirinin ilgili aşamalarında yapılan araştırma ister çiğ döner saklanması veya işlenmesi tesisinde, döner için öngörülen, hem de termik işleme maruz kalmış dönerden de numuneler seçiliyor ve orada kullanılan döner için öngörülen soslar, ketçaplar, mayonezlerden de numuneler seçilip, gıda güvenliği enstitüsü laboratuvarına teslim edildi. Genel olarak, o ürünlerle ilgili normatif hukuki bir metin kabul edildi. O metinde belirtilen sıcaklık rejimi konularına uymak gerekiyor. Yaptığımız gözlemler sırasında kullanılan mayonez, ketçap ve diğer sosların uygun sıcaklıkta saklanmaması, hijyenik kuralların ihlali sonunda bu gibi arzu edilmeyen olaylara neden oluyor.”
“Zehirlenenlerin 9’u çocuk.”
Doktor, 9 Haziran’da Bulaşıcı Hastalıklar Merkezi Acil Tıp Yardım Şubesi’ne 17 kişinin gıda zehirlenmesi teşhisiyle başvurduğunu belirtti: “Başvururken hastaların durumu orta-ağır ve iki hastanın durumu ise ağır durumdaydı. Yapılan semptomatik yardımlardan ve dinamik gözlemden sonra hastalar tam klinik iyileşmeyle eve taburcu edildi. Bunlardan 3’ü ayrı aile üyeleriydi. 5 kişi bir aileden, 4 kişi bir, 3 kişi ise ayrı bir aileden oldu. Toplam zehirlenenlerin sayısı 17 kişi oldu. Bize başvuranların 17 kişi olmasına rağmen, bizde zehirlenme olayının çok olduğu yönünde bilgi var. Yani, acil tıp yardım şubesine daha çok hasta başvurdu.”
Nahçıvan’da 17 kişi dönerden zehirlendi.
Nahçıvan şehir H. Aliyev Caddesi’nde bulunan “Kasap Döner” döner salonunda 17 kişinin gıdadan zehirlenmesi hakkında Nahçıvan Bulaşıcı Hastalıklar Merkezi PHŞ’den Nahçıvan Özerk Cumhuriyeti Gıda Güvenliği Ajansı’na bilgi geldi.
Bilgiye göre, ajans tarafından acil önlemler alındı. Şöyle ki, şüpheli ürünlerin dokunulmazlığı sağlandı, döner salonunun faaliyeti durduruldu.
Olayla ilgili araştırma yapılıyor, sonuçları hakkında kamuoyuna bilgi verilecek.
Belirtmek gerekir ki, bu, son 20 gün içinde Nahçıvan’da dönerden kaynaklanan ikinci toplu zehirlenme olayıdır. 21 Mayıs’ta Nahçıvan’da dönerden 7 kişi zehirlenmişti.