Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə ölkənin sərfəli mobil operatoru olan “Nar” media nümayəndələri üçün xüsusi tədbir təşkil edib. Tədbirdə müxtəlif media orqanlarını təmsil edən 30 jurnalist iştirak edib. Mobil operator jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək cəmiyyətin məlumatlandırılmasında onların rolunu yüksək qiymətləndirib.
“APA-Economics” xəbər verir ki, tədbir çərçivəsində jurnalistlər üçün həm əyləncəli proqram, həm də komanda əsaslı intellektual oyunlar təşkil olunub. Yarışların sonunda qalib komandalara müxtəlif dəyərli hədiyyələr təqdim edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporatov ünsiyyət departamentinin direktoru Hökümə Kərimova media nümayəndələrini təbrik edib: “Milli mətbuatın 150 illiyi təkcə medianın deyil, bütövlükdə cəmiyyətin bayramıdır. Bu illər ərzində jurnalistlər daim informasiya körpüsü rolunu oynayıb, ictimaiyyətin etibar etdiyi söz daşıyıcıları olublar. “Nar” olaraq biz medianın cəmiyyətin inkişafında oynadığı rolu yüksək qiymətləndirir, jurnalistlərlə etibarlı və şəffaf əməkdaşlığa xüsusi önəm veririk”. Bundan əlavə, tədbir iştirakçıları – media nümayəndələri də öz növbələrində milli mətbuatın tarixi yolundan bəhs edərək “Nar”ın bu əlamətdar günü onlarla birlikdə qeyd etməsini yüksək dəyərləndirib.
Qeyd edək ki, “Nar” media ilə şəffaf və dayanıqlı münasibətləri əsas tutaraq, uzun illərdir, jurnalistlər üçün əlçatan və operativ məlumat mübadiləsini təşviq edir. Bu tədbir “Nar”ın informasiya sahəsində medianın roluna verdiyi önəmi və bu istiqamətdə davamlı dəstəyini bir daha nümayiş etdirdi.
Azerbaycan milli basınının 150. yıldönümü münasebetiyle ülkenin uygun fiyatlı mobil operatörü olan “Nar”, medya temsilcileri için özel bir etkinlik düzenledi. Etkinliğe çeşitli medya kuruluşlarını temsil eden 30 gazeteci katıldı. Mobil operatör, gazetecileri meslek bayramı vesilesiyle tebrik ederek toplumun bilgilendirilmesindeki rollerini yüksek değerlendirdi.
“APA-Economics” haberine göre, etkinlik kapsamında gazeteciler için hem eğlenceli bir program hem de takım temelli entelektüel oyunlar düzenlendi. Yarışmaların sonunda galip takımlara çeşitli değerli hediyeler takdim eden “Nar”ın Halkla İlişkiler ve Kurumsal İletişim Departmanı Direktörü Höküme Kerimova medya temsilcilerini tebrik etti: “Milli basının 150. yıldönümü sadece medyanın değil, bütün toplumun bayramıdır. Bu yıllar boyunca gazeteciler sürekli olarak bir bilgi köprüsü rolünü oynamış, toplumun güvendiği söz taşıyıcıları olmuşlardır. “Nar” olarak biz, medyanın toplumun gelişiminde oynadığı rolü yüksek değerlendiriyor, gazetecilerle güvenilir ve şeffaf işbirliğine özel önem veriyoruz”. Ayrıca, etkinlik katılımcıları – medya temsilcileri de kendi sıralarında milli basının tarihi yolundan bahsederek “Nar”ın bu anlamlı günü onlarla birlikte kutlamasını yüksek değerlendirdi.
Belirtmek gerekir ki, “Nar” medya ile şeffaf ve sürdürülebilir ilişkileri esas alarak uzun yıllardır gazeteciler için erişilebilir ve operasyonel bilgi alışverişini teşvik ediyor. Bu etkinlik, “Nar”ın bilgi alanında medyanın rolüne verdiği önemi ve bu yönde sürekli desteğini bir kez daha gösterdi.