Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinq keçirib.
Brifinq çərçivəsində “Qərbi Azərbaycana qayıdış” mövzusunda Agentliyin dəstəyi ilə ərsəyə gətirilmiş layihələrin nəticələrinə dair sərgi də təşkil olunub.
Qeyd edilib ki, bu mühüm xətt üzrə son illər QHT-lər 200-dən çox məqalə ilə çıxış edib, 15 kitab nəşr edib. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin “İrəvan: tariximiz, torpağımız, taleyimiz”, “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabları bu qəbildəndir.
Brifinqdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departament müdiri Elnur Bağırlı bildirib ki, yaxın günlərdə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində “Zəngəzur” mahnısı ictimaiyyətə təqdim olunacaq, radiolarda səslənəcək. Həmçinin “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi Özbəkistanda Qərbi Azərbaycan mövzusunda sərgi təşkil edəcək. Bundan əlavə, QHT-lərin layihələri çərçivəsində “Qərbi azərbaycanlıların Qars köçü” mövzusunda sənədli film də hazırlanır. Azərbaycan Ədəbiyyatı Fondu isə “Qərbi Azərbaycan əsərlərdə” layihəsi çərçivəsində yeni bədii əsərin təqdimatını edəcək.
Sərgidə təqdim olunan materiallarda Qərbi Azərbaycan mövzusu tarixi ədalət, qayıdış hüququ, fundamental insan hüquqları, etnik təmizləmənin ifşası, monoetnik dövlətdə siyasi və hüquqi mübarizə obyekti, regionda sabitliyə töhfə verən konsepsiya kimi təqdim olunub.
Sonda Qərbi Azərbaycan mətbəxinə dair qənnadı nümunələri iştirakçılara təqdim olunub.
Devlet Desteği Ajansı, Sivil Toplum Kuruluşlarına (STK’lar) “Batı Azerbaycan’a dönüş” konusunda yürütülen STK projeleriyle ilgili kamuoyu bilgilendirme brifingi düzenledi.
Brifing kapsamında, “Batı Azerbaycan’a dönüş” konusunda Ajansın desteğiyle hayata geçirilen projelerin sonuçlarına ilişkin bir sergi de düzenlendi.
Bu önemli hat üzerinde son yıllarda STK’ların 200’den fazla makale yayınladığı, 15 kitap yayınladığı belirtildi. “Vatandaşların Sosyal Refahı Adına” Kamu Birliği’nin “İrevan: tarihimiz, toprağımız, kaderimiz”, “Kainat” Milli-Manevi Değerleri Teşvik Destek Kamu Birliği’nin “İrevan: tarihi gerçekler ve şahsiyetler” kitapları bu kabildendir.
Brifingde konuşan STK’lara Devlet Desteği Ajansı departman müdürü Elnur Bağırlı, yakın günlerde “Bizi Birleştiren Kültür” Kamu Birliği’nin yürüttüğü proje kapsamında “Zengezur” şarkısının kamuoyuna tanıtılacağını, radyolarda çalınacağını bildirdi. Ayrıca “Uygulamalı Sanat Örneklerinin Korunması ve Tanıtımına Yardım” Kamu Birliği Özbekistan’da Batı Azerbaycan konulu bir sergi düzenleyecek. Buna ek olarak, STK’ların projeleri çerçevesinde “Batı Azerbaycanlıların Kars Göçü” konusunda bir belgesel film de hazırlanıyor. Azerbaycan Edebiyatı Fonu ise “Batı Azerbaycan eserlerde” projesi çerçevesinde yeni bir edebi eserin tanıtımını yapacak.
Sergide sunulan materyallerde Batı Azerbaycan konusu, tarihi adalet, geri dönüş hakkı, temel insan hakları, etnik temizliğin ifşası, tek etnikli devlette siyasi ve hukuki mücadele objesi, bölgede istikrara katkıda bulunan bir konsept olarak sunuldu.
Son olarak, Batı Azerbaycan mutfağına ait tatlı örnekleri katılımcılara sunuldu.