2025/2026-cı tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı bu gün başa çatır.
Abituriyentlər bu gün saat 23:59-a dəkmüvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.
Bildirilib ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Qeyd edilib ki, ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış) topladıqları ümumi balı 50 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər keçə bilərlər. Xoreoqrafiya sənəti və Rəqs müəllimliyi ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin topladıqları bal 30 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və ya daha yuxarı olduqda qeydiyyatdan keçməyə icazə verilir:
“Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur.
Abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat DİM-in internet səhifəsində veriləcək.
“Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.
Xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2025-ci ildə nəşr edilən xüsusi qabiliyyət imtahanlarının istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc edilib. Burada ali təhsilin bakalavriat və magistratura, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb”.
Xatırladaq ki, teatr, kino və xoreoqrafiya sənəti, idman, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə aparılan qeydiyyat prosesi iyunun 5-də başlamışdı.
2025/2026 eğitim yılı için genel (9 yıllık) orta öğretim temelinde orta ihtisas eğitim kurumlarının özel yetenek gerektiren uzmanlık alanları (XQTİ) için yetenek sınavlarına katılmak isteyen adayların elektronik kayıtları bugün sona eriyor.
Adaylar bugün saat 23:59’a kadar ilgili bağlantıya girerek kayıt olabilirler.
Genel orta öğretim temelinde orta ihtisas eğitim kurumlarının XQTİ’leri için yetenek sınavlarına katılmak isteyen adayların 1 alana ait en fazla 6 komisyon için kayıt olabileceği belirtildi.
Genel orta (9 yıllık) eğitim temelinde orta ihtisas eğitim kurumlarının özel yetenek gerektiren uzmanlık alanları için kayıttan, kabul sınavının I. aşamasında (mevcut yılın mezunları için mezuniyet) topladıkları toplam puanı 50 (dersler üzerinden göreceli puan sınırlaması uygulanmaz) ve daha yüksek olan adayların geçebileceği kaydedildi. Koreografi sanatı ve Dans öğretmenliği uzmanlık alanlarına kabul olmak isteyen adayların topladıkları puan 30 (dersler üzerinden göreceli puan sınırlaması uygulanmaz) veya daha yüksek olduğunda kayıt olmalarına izin verilir:
“Yetenek sınavlarının Haziran-Ağustos aylarında yapılması planlanmaktadır.
Adaylara “Yetenek sınavına giriş belgesi”ni yazdırabilecekleri tarihler hakkında bilgi DİM’in internet sayfasında verilecektir.
“Yetenek sınavına giriş belgesi”nde yetenek sınavlarının tarihi, yapılacağı adres ve saat gösterilecektir.
Özel yetenek gerektiren uzmanlık alanları ile ilgili bilgiler 2025 yılında yayınlanan özel yetenek sınavlarının alanları üzerine “Aday” dergisinin özel sayılarında yayınlanmıştır. Burada yükseköğretimin lisans ve yüksek lisans, tam (11 yıllık) ve genel (9 yıllık) orta öğretim temelinde orta ihtisas eğitim kurumlarının özel yetenek gerektiren uzmanlık alanları ile ilgili bilgiler, yetenek sınavlarının programları, değerlendirme kriterleri, sınavlara hazırlıkla ilgili tavsiye ve öneriler, görev örnekleri, görsel materyallerden reprodüksiyonlar, resimler ve diğer faydalı bilgiler yer almaktadır”.
Tiyatro, sinema ve koreografi sanatı, spor, müzik sanatı ve resim sanatı alanlarının komisyonları üzerine yapılan kayıt sürecinin 5 Haziran’da başladığını hatırlatırız.