Ruben Vardanya’nın duruşması kurbanların ifadelerini duydu

Ruben Vardanya'nın duruşması kurbanların ifadelerini duydu

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 3-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

İclasın əvvəlində təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək təqsirləndirildiyi cinayət işi üzrə ittiham aktının surətinin ailəsinə təqdim olunmasını xahiş edib.

R.Vardanyanın vəkili Avraam Berman onun mövqeyini müdafiə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, Cinayət Prosessual Məcəlləsinə əsasən, cinayət təqibi zamanı ibtidai araşdırma məlumatları, o cümlədən cinayət işi materialları və ittiham aktında qeyd olunanlar istintaq sirrini təşkil etdiyindən yayılması yolverilməzdir. Həmçinin ittiham aktında cinayət prosesi iştirakçılarının şəxsi və ailə sirrini təşkil edən məlumatlar var ki, bu məlumatların da yayılması qanunvericiliklə yolverilməz hesab edilir.

Bundan başqa, vurğulanıb ki, Cinayət Prosessual Məcəlləsində ittiham aktının və onun surətinin verilməsi mümkün olan şəxslərin siyahısı konkret göstərilib və təqsirləndirilən şəxsin ailə üzvləri həmin siyahıya daxil deyil.

Qeyd edilənləri əsas gətirən ittiham tərəfi vəsatətin təmin olunmamasını xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər dövlət ittihamını müdafiə edən prokurorların mövqeyi ilə razı olduqlarını bildiriblər.

Ardınca hakimlər kollegiyası yerində müşavirə edərək vəsatətin təmin olunmaması barədə qərar qəbul edib.

Zeynal Ağayev qərarı əsaslandıran zaman bildirib ki, cinayət prosessual qanunvericilikdə ittiham aktının surətinin təqdim olunması nəzərdə tutulan şəxslər konkret göstərilib və təqsirləndirilən şəxsin ailə üzvləri buraya daxil deyil.

Bundan sonra təqsirləndirilən şəxs Ruben Vardanyan müraciət edərək onun ailə üzvlərinə ittiham aktı təqdim edilmədiyi və əvvəlki proseslərdə verdiyi vəsatətlərin təmin olunmadığı üçün işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib.

Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli etiraza münasibət bildirərək Ruben Vardanyanın Cinayət Prosessual Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulmuş hakimə etiraza dair halların müəyyən edilmədiyini, o cümlədən işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiqləyən konkret sübutlar təqdim etmədiyini bildirərək etirazın baxılmamış saxlanılmasını xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

Hakim Zeynal Ağayev qərarı əsaslandıran zaman bildirib ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olması barədə konkret və mötəbər dəlillər təqdim etməyib, məhkəmənin obyektivliyi və qərəzsizliyinə təsir göstərən dair hallar müəyyən edilməyib.

Daha sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Əhməd Əhmədov ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını deyib.

Zərərçəkmiş Bəhruz Bayramlı Ağdərədə düşmən tərəfindən atılmış top mərmisinin partlaması nəticəsində xəsarət aldığını bildirib.

Oruc Hüseynov ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən minaatan mərmisinin atılması nəticəsində yaralandığını deyib. Zərərçəkmiş şəxs dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən hadisə zamanı yanındakı 8 nəfərin yaralandığını da söyləyib.

Zərərçəkmiş Gülverdi Mehtiyev Xankəndi yaxınlığında açılmış atəş nəticəsində qəlpə yarası xəsarəti aldığını diqqətə çatdırıb.

Zərərçəkmiş şəxs Vurğun Oruczadə Ermənistan silahlı qüvvələrinin artilleriya silahlarından açılmış atəş nəticəsində yaralandığını qeyd edib.

Məmməd Bayramov isə bildirib ki, Laçında Ermənistan hərbçilərinin atdıqları güllələrdən yayınmaq istəyərkən mövqeyini dəyişən zaman ayağı sürüşdüyü üçün yerə yıxılıb, sağ ayağı diz nahiyədən əzilib.

Fəqan İsmayılov Kəlbəcərdə erməni hərbçilərin minaatan mərmisi atmaları nəticəsində xəsarət aldığını söyləyib. “Həmin vaxt azı 9 nəfər ağır xəsarətlər aldı. Onlardan biri də mən idim”, – deyə zərərçəkmiş şəxs dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zaman qeyd edib.

Maqsud Mansurlu dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən Kəlbəcərdə yaralandığını, hadisə zamanı bir nəfərin həlak olduğunu, daha bir neçə nəfərin isə xəsarət aldığını söyləyib.

Sadiq Qasımlı ifadəsində diqqətə çatdırıb ki, Şuşada Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralanıb.

O, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında isə deyib ki, hadisə zamanı Ariz Məmmədov, İzzət Bağıyev və adlarını hazırda xatırlamadığı daha bir neçə nəfər müxtəlif növ bədən xəsarətləri alıblar.

Zərərçəkmiş Xəyal Abdullayev Xocavənd rayonu ərazisində minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Zərərçəkmiş İxtiyar İdrisov övladı Bəxtiyar İdrisovun Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Cəfərağa İsmayılov Ağdərə rayonu ərazisində düşmən atılmış minaatanın mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarətlər aldığını deyib.

Sübhan Abbasov ifadəsində Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində özünün, Tamerlan Rəşidlinin, Bayram Hüseynovun, Rəvan Məmmədovun yaralandığını qeyd edib.

Sahib Əliyev Ağdərədə minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində özünün, İman Nəzərovun, Ərşad Hüseynovun və Eşqin Babazadənin xəsarət aldığını bildirib.

Yusif Turabov deyib ki, o, Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində yaralanıb.

Zərərçəkmiş şəxs Hacı Kamil Rzayev Ağdam istiqamətində yaralandığını qeyd edib.

Ülfət Hümbətov Kəlbəcərdə düşmən tərəfinin artilleriya atəşi nəticəsində yaralandığını söyləyib.

Zərərçəkmiş Kərəm Kərəmli Ağdam-Ağdərə istiqamətində yaralandığını bildirib.

Digər zərərçəkmiş şəxslər – Ərşad Hüseynov, Pərviz Ağalı, Rail Nəzərov, Kərəm Kərəmli, Arif Qubadov Rəhman Məmmədli, Fariz Fətullayev, Ayaz Cəfərli, Tamerlan Rəşidli, Tərlan Cabbarov, Aslan Hacıhəsənov, Elvin Bayramov, Elçin Nəsibov, Lətif Hacılı, Qabil Yusifov, Murad Nağıyev, Zahid Nəcəfov, Tahir Zamanov, Rafət Qəmbərov ifadələrində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən müxtəlif iriçaplı silahlardan açılan atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Məhkəmədə ifadə verən Mehman Məmmədov Ermənistanın mina terroru nəticəsində xəsarət aldığını deyib. Bundan başqa, o qeyd edib ki, Cəbrayıl rayonunda minaların təmizlənməsi zamanı “Kamaz” markalı yük avtomobilinin minaya düşüb, nəticədə sürücü Möhübbət Məmmədli ağır xəsarətlər alıb və hər iki ayağı amputasiya edilib.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası iyunun 10-na təyin olunub.

Azerbaycan Cumhuriyeti Ceza Kanunu’nun barış ve insanlığa karşı suçlar, savaş suçları ile terörizm ve terörizmin finansmanı ile ilgili maddeleri ve diğer ağır suçlardan yargılanan Ermenistan vatandaşı Ruben Vardanyan’ın davasının duruşmasına 3 Haziran’da devam edildi.

Bakü Askeri Mahkemesi’nde hakim Zeynal Ağayev başkanlığında, Anar Rzayev ve Camal Ramazanov’dan oluşan heyetle yapılan açık duruşmada (yedek hakim Günel Səmədova) sanık, bildiği dilde, yani Rusça’da tercüman ve ayrıca savunması için seçtiği avukatla sağlandı.

Hakim Zeynal Ağayev, sorgulamadan önce duruşmaya ilk kez katılan mağdurlara kanunla öngörülen hak ve görevlerini açıkladı.

Duruşmanın başında sanık Ruben Vardanyan mahkemeye başvurarak, yargılandığı ceza davasına ilişkin iddianamenin bir kopyasının ailesine verilmesini talep etti.

R. Vardanyan’ın avukatı Avraam Berman, müvekkilinin görüşünü savundu.

Başsavcı yardımcısı Vüsal Əliyev, itiraza ilişkin olarak, Ceza Muhakemesi Kanunu’na göre, cezai kovuşturma sırasında ön soruşturma bilgileri, yani ceza davası materyalleri ve iddianamede belirtilenlerin soruşturma sırrını teşkil ettiğinden, yayılmasının kabul edilemez olduğunu söyledi. Ayrıca, iddianamede ceza davası katılımcılarının kişisel ve aile sırrını oluşturan bilgiler bulunmaktadır ve bu bilgilerin yayılması da kanunla kabul edilemez kabul edilmektedir.

Ayrıca, Ceza Muhakemesi Kanunu’nda iddianame ve kopyasının verilebileceği kişilerin listesinin açıkça belirtildiği ve sanığın aile üyelerinin bu listede yer almadığı vurgulandı.

Belirtilenleri gerekçe gösteren savcılık, itirazın kabul edilmemesini talep etti.

Duruşmaya katılan mağdurlar, devlet savcılığını savunan savcıların görüşüne katıldıklarını bildirdiler.

Ardından hakimler heyeti, yerinde müzakere ederek itirazın kabul edilmemesi yönünde karar aldı.

Zeynal Ağayev, kararı gerekçelendirirken, ceza muhakemesi mevzuatında iddianamenin bir kopyasının verilmesinin öngörüldüğü kişilerin açıkça belirtildiğini ve sanığın aile üyelerinin buraya dahil olmadığını bildirdi.

Bundan sonra sanık Ruben Vardanyan, aile üyelerine iddianame verilmediği ve önceki duruşmalarda verdiği itirazların kabul edilmediği için davaya bakan hakimler heyetine itiraz ettiğini bildirdi.

Sanığın avukatı Avraam Berman itirazı savundu.

Başsavcının özel görevler üzerindeki yardımcısı Tuqay Rəhimli, itiraza ilişkin olarak Ruben Vardanyan’ın Ceza Muhakemesi Kanunu’nun 109. maddesinde öngörülen hakime itiraz hallerinin belirlenmediğini, yani davaya bakan mahkeme heyetinin cezai kovuşturmada ilgili olduğunu doğrulayan somut kanıtlar sunmadığını belirterek, itirazın incelenmeden bırakılmasını talep etti.

Duruşmaya katılan mağdurlar, itirazın kabul edilmemesini mahkemeden talep ettiler.

Mahkeme, itirazı görüşmek üzere müzakereye gitti. Müzakereden sonra savunma tarafının itirazına ilişkin mahkeme kararı açıklandı. Karara göre, itiraz incelenmeden bırakıldı.

Hakim Zeynal Ağayev, kararı gerekçelendirirken, savunma tarafının Azerbaycan Cumhuriyeti Ceza Muhakemesi Kanunu’na göre, davaya bakan hakimler heyetinin cezai kovuşturmada ilgili olduğuna dair somut ve güvenilir kanıtlar sunmadığını, mahkemenin objektifliği ve tarafsızlığını etkileyen durumların belirlenmediğini bildirdi.

Daha sonra mağdurların ifadeleri dinlendi.

Mağdur Əhməd Əhmədov ifadesinde, Ermenistan ordusunun kalıntıları ve yasa dışı Ermeni silahlı grupları tarafından açılan ateş sonucu kurşun yarası aldığını söyledi.

Mağdur Bəhruz Bayramlı, Ağdərə’de düşman tarafından atılan top mermisinin patlaması sonucu yaralandığını bildirdi.

Oruc Hüseynov ifadesinde, Ermenistan ordusunun kalıntıları ve yasa dışı Ermeni silahlı grupları tarafından havan mermisinin atılması sonucu yaralandığını söyledi. Mağdur, devlet savcısı Fuad Musayev’in sorularını yanıtlarken olay sırasında yanındaki 8 kişinin de yaralandığını söyledi.

Mağdur Gülverdi Mehtiyev, Hankendi yakınlarında açılan ateş sonucu şarapnel yarası aldığını belirtti.

Mağdur Vurğun Oruczadə, Ermenistan silahlı kuvvetlerinin topçu silahlarından açılan ateş sonucu yaralandığını kaydetti.

Məmməd Bayramov ise, Laçın’da Ermenistan askerlerinin attığı kurşunlardan kaçmaya çalışırken pozisyonunu değiştirdiği sırada ayağı kaydığı için yere düştüğünü, sağ ayağının diz bölgesinden incindiğini bildirdi.

Fəqan İsmayılov, Kelbecer’de Ermeni askerlerin havan mermisi atması sonucu yaralandığını söyledi. “O zaman en az 9 kişi ağır yaralandı. Onlardan biri de bendim,” diye mağdur, devlet savcısı Vüsal Abdullayev’in sorularını yanıtlarken kaydetti.

Maqsud Mansurlu, devlet savcısı Təranə Məmmədovanın sorularını yanıtlarken Kelbecer’de yaralandığını, olay sırasında bir kişinin öldüğünü, birkaç kişinin ise yaralandığını söyledi.

Sadiq Qasımlı ifadesinde, Şuşa’da Ermenistan ordusunun kalıntıları ve yasa dışı Ermeni silahlı grupları tarafından atılan havan mermisinin patlaması sonucu yaralandığını belirtti.

O, Başsavcılığın Devlet Savunmasının Korunması Dairesi şube müdürü Nəsir Bayramov’un sorularına yanıtında ise, olay sırasında Ariz Məmmədov, İzzət Bağıyev ve adlarını şu anda hatırlamadığı birkaç kişinin daha çeşitli vücut yaralanmaları aldığını söyledi.

Mağdur Xəyal Abdullayev, Hocavənd rayonu ərazisində havan mermisinin yakınına düşerek patlaması sonucu yaralandığını söyledi.

Mağdur İxtiyar İdrisov, oğlu Bəxtiyar İdrisov’un Ermenistan ordusunun kalıntıları ve yasa dışı Ermeni silahlı grupları tarafından açılan ateş sonucu öldüğünü bildirdi.

Cəfərağa İsmayılov, Ağdərə rayonu ərazisində düşman atılan havanın mermisinin yakınına düşüp patlaması sonucu yaralandığını söyledi.

Sübhan Abbasov ifadesinde, Ermenistan askerleri tarafından açılan ateş sonucu kendisinin, Tamerlan Rəşidlinin, Bayram Hüseynovun, Rəvan Məmmədovun yaralandığını kaydetti.

Sahib Əliyev, Ağdərə’de havan mermisinin yakınında patlaması sonucu kendisinin, İman Nəzərovun, Ərşad Hüseynovun və Eşqin Babazadənin yaralandığını bildirdi.

Yusif Turabov, Ağdərə yönünde Ermenistan ordusunun kalıntıları ve yasa dışı Ermeni silahlı grupları tarafından keskin nişancı tüfeğiyle açılan ateş sonucu yaralandığını söyledi.

Mağdur Hacı Kamil Rzayev, Ağdam yönünde yaralandığını kaydetti.

Ülfət Hümbətov, Kelbecer’de düşman tarafından topçu ateşi sonucu yaralandığını söyledi.

Mağdur Kərəm Kərəmli, Ağdam-Ağdərə yönünde yaralandığını bildirdi.

Diğer mağdurlar – Ərşad Hüseynov, Pərviz Ağalı, Rail Nəzərov, Kərəm Kərəmli, Arif Qubadov Rəhman Məmmədli, Fariz Fətullayev, Ayaz Cəfərli, Tamerlan Rəşidli, Tərlan Cabbarov, Aslan Hacıhəsənov, Elvin Bayramov, Elçin Nəsibov, Lətif Hacılı, Qabil Yusifov, Murad Nağıyev, Zahid Nəcəfov, Tahir Zamanov, Rafət Qəmbərov ifadelerinde, Ermenistan ordusunun kalıntıları ve yasa dışı Ermeni silahlı grupları tarafından çeşitli çaplı silahlarla açılan ateşler sonucu yaralandıklarını bildirdiler.

Mahkemede ifade veren Mehman Məmmədov, Ermenistan’ın mayın terörü sonucu yaralandığını söyledi. Bundan başqa, o qeyd edib ki, Cəbrayıl rayonunda minaların təmizlənməsi zamanı “Kamaz” markalı yük avtomobilinin minaya düşüb, nəticədə sürücü Möhübbət Məmmədli ağır xəsarətlər alıb və hər iki ayağı amputasiya edilib.

Duruşmada ayrıca mağdurların hakkında yapılan adli tıp uzmanı raporları açıklandı.

Davanın bir sonraki duruşması 10 Haziran’a ertelendi.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top