Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sabiq sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin sabiq üzvü Gündüz Mirzəyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Zaur Əsgərova 5 il 6 ay, Gündüz Mirzəyevə isə 5 il 7 ay 2 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdi.
Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. İstinaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.
Devlet karşıtı çağrılarda suçlanarak tutuklanan Azerbaycan Halk Cephesi Partisi (AXCP) Karadağ ilçe teşkilatının eski başkanı Zaur Askerov ve Binegedi ilçe teşkilatının eski üyesi Gündüz Mirzayev hakkında verilen hükme yapılan temyiz başvurusu değerlendirildi.
Bakü İstinaf Mahkemesi’nde hakim Mehriban Garayeva başkanlığında yapılan duruşmada karar açıklandı.
Karara göre, ilk derece mahkemesinin kararı değiştirilmeden onandı.
Bakü Ağır Ceza Mahkemesi’nin kararına göre, Zaur Askerov’a 5 yıl 6 ay, Gündüz Mirzayev’e ise 5 yıl 7 ay 2 gün hapis cezası verilmişti.
Zaur Askerov ve Gündüz Mirzayev 7 Mart’ta gözaltına alınmışlardı. Onlara, Ceza Kanunu’nun 281.2. maddesi (devlet aleyhine açık çağrılar, tekrarı veya bir grup kişi tarafından işlenmesi halinde) ile suçlama yöneltilmişti. Soruşturma Başsavcılığın Soruşturma Dairesi tarafından yürütülmüştü.