Savunma Bakanı Türk şehitlerinin aileleriyle bir araya geldi

Savunma Bakanı Türk şehitlerinin aileleriyle bir araya geldi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “YAŞAT” Fondunun dəvəti ilə ölkəmizdə səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb.

Qonaqları salamlayan nazir onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsinin hər zaman uca tutulduğunu qeyd edən nazir hər iki ölkə başçısının müvafiq göstərişlərinə əsasən, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşıldığını, onların daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.

Görüş zamanı qarşılıqlı ziyarətlərin təşkilinin ölkələrimiz arasında mövcud tarixi dostluğun, əməkdaşlığın daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub.

Qardaş ölkənin nümayəndələri səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə müdafiə nazirinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, qonaqlar səfər çərçivəsində ölkəmizin qədim və müasir memarlığın ahəngini özündə birləşdirən tarixi və mədəni abidələrlə zəngin məkanlarını ziyarət edir, Azərbaycanın şanlı tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış olurlar.

Azerbaycan Cumhuriyeti Savunma Bakanı Orgeneral Zakir Hasanov ve Savunma Bakanı Birinci Yardımcısı – Azerbaycan Ordusu Genelkurmay Başkanı Orgeneral Kerim Veliyev, “YAŞAT” Vakfı’nın daveti üzerine ülkemizi ziyaret eden Türkiyeli şehit ailelerinin üyeleriyle görüştü.

Konukları selamlayan Bakan, onları Azerbaycan’da görmekten memnun olduğunu belirtti. Azerbaycan ve Türkiye şehitlerinin hatırasının her zaman yüksek tutulduğunu kaydeden Bakan, her iki ülke liderinin ilgili talimatları doğrultusunda, şehit ailelerine özel hassasiyetle yaklaşıldığını, onların daima dikkat ve özenle çevrelendiğini vurguladı.

Görüş sırasında karşılıklı ziyaretlerin düzenlenmesinin, ülkelerimiz arasında mevcut tarihi dostluğun, işbirliğinin daha da geliştirilmesine ve ilişkilerin güçlendirilmesine hizmet ettiği kaydedildi.

Kardeş ülke temsilcileri, samimi kabule ve gösterilen misafirperverliğe dolayı Savunma Bakanı’na teşekkürlerini ifade ettiler.

Belirtmek gerekir ki, konuklar ziyaret çerçevesinde ülkemizin kadim ve modern mimarinin ahengini bünyesinde birleştiren tarihi ve kültürel anıtlarla zengin mekanlarını ziyaret ediyor, Azerbaycan’ın şanlı tarihi ve zengin kültürüyle yakından tanışıyorlar.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top