2017-ci ildə Azərbaycan beynəlxalq səviyyədə ciddi və əsassız ittihamla üzləşmişdi. Həmin vaxt Azərbaycan diplomatik reyslər vasitəsilə Suriyadakı terrorçu qruplara silah göndərməkdə günahlandırıldı. Bolqarıstanda yayılan və daha sonra Rusiyayönümlü media platformalarında geniş tirajlanan bu iddialarda Azərbaycanın “Silk Way Airlines” şirkətinin guya ABŞ və Şərqi Avropa ölkələrindən alınan silahları 350-dən çox diplomatik uçuşla münaqişə bölgələrinə daşıdığı bildirilirdi. Lakin zaman keçdikcə bu kampaniyanın heç bir hüquqi və ya faktiki əsasının olmadığı, əksinə, məqsədli şəkildə Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq üçün təşkil edildiyi ortaya çıxdı.
Həmin il Bolqarıstanın “Trud” qəzetində jurnalist Dilyana Gaytancieva tərəfindən yayımlanan məqalədə iddia olunurdu ki, diplomatik statuslu yüklərlə Azərbaycanın həyata keçirdiyi uçuşlar vasitəsilə silahlar Suriyadakı radikal qruplara çatdırılıb. Məqalədə deyilirdi: “Azərbaycan diplomatik reyslərdən istifadə edərək, ABŞ silahlarını Yaxın Şərqdəki münaqişə zonalarına ötürür. Bu uçuşların çoxu diplomatik toxunulmazlıqla aparılıb və gömrükdən keçməyib”.
Azərbaycan isə bu əsassız iddialara prinsipial və hüquqi əsaslarla cavab verdi. Xarici İşlər Nazirliyi bəyan etdi ki, “Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiqdir. İrəli sürülən ittihamlar tamamilə əsassızdır və ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsidir”.
Öz növbəsində, “Silk Way Airlines” şirkəti də məsələyə münasibətini bildirərək qeyd etdi ki, bütün reyslər beynəlxalq normalara əsasən, BMT və NATO kimi təşkilatların rəsmi icazələri əsasında həyata keçirilib: “Heç bir daşıma qeyri-qanuni yüklərlə bağlı olmayıb. Diplomatik status yalnız beynəlxalq hərbi-logistika və humanitar missiyalara aiddir”.
Diqqətçəkən məqam odur ki, ittihamların yayıldığı dövrdə nə ABŞ, nə BMT, nə də Avropa İttifaqı bu məsələ ilə bağlı istintaq başlatdı. Beləliklə, iddiaların hüquqi əsasının olmaması beynəlxalq səviyyədə də təsdiq olundu. Azərbaycan tərəfi həmin vaxt bu kampaniyanı siyasi motivli və reputasiya xarakterli hücum kimi qiymətləndirdi.
Daha sonra hadisələrin arxa planı aydınlaşdı. 2025-ci ildə “The Insider” portalı tərəfindən Roman Dobroxotov, Kristo Qrozev və Maykl Vayss imzası ilə yayımlanan araşdırmada məlum oldu ki, həmin “sızmaların” mənbəyi QRU-nun (Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi. Daha çox keçmiş SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin adı ilə – QRU kimi tanınır) 29155 saylı bölməsi olub.
Bu bölmənin adı əvvəllər də qətl, sabotaj və təxribat əməliyyatlarında hallanıb.
Azərbaycanın ingilis dilli Anewz.Az telekanalı araşdırmanın detallarını öyrənmək üçün Kristo Qrozevdən müsahibə alıb.
Qrozev müsahibəsində bildirib ki, araşdırma nəticəsində əldə etdikləri məlumatlar illərdir istintaqı QRU bölmələrinə və ya FSB-yə (Rusiyanın Federal Təhlükəsizlik Xidməti) həvalə edilmiş bir çox dezinformasiya kampaniyalarının, əslində, onların özləri tərəfindən həyata keçirildiyini göstərir: “Bu əməliyyatlar çox vaxt onların digər cinayətlərini – qətlləri, partlayışları, sabotajları ört-basdır etmək üçün istifadə olunurdu. Məqsəd aydın idi – NATO ölkələrini nüfuzdan salmaq, anti-Qərb əhval-ruhiyyəsini gücləndirmək və Azərbaycanı guya Qərbin Suriyadakı planlarının bir hissəsi kimi təqdim etmək. QRU-nun saxta hesabından Dilyanaya göndərilən sənədlər – uçuş qeydləri, diplomatik məktublar, silah siyahıları sonradan ya tamamilə saxta, ya da təhrif olunmuş məlumatlar kimi üzə çıxdı. “Silk Way” hekayəsi Rusiya təbliğatının klassik nümunəsinə çevrildi”.
Araşdırmaçı Qrozev Azərbaycanla bağlı qərəzi məqalənin müəllifi Dilyana Qaytancievanın QRU ilə əlaqələrinə dair də maraqlı faktlar açıqlayıb.
“Biz hesabatımızda bir jurnalistin adını açıq şəkildə qeyd etdik – Dilyana Qaytancieva. Onun QRU ilə əlaqələrinin ideoloji motivlərə əsaslandığını düşünürdüm. Lakin məlum oldu ki, o, qətllərlə məşğul olan, müxalifətçiləri və Kremlin rəqiblərini aradan qaldırmaq üçün fəaliyyət göstərən QRU bölməsi ilə əməkdaşlıq edib. Gaytancievanın QRU ilə əlaqələri 2017-dən də əvvələ gedir. Əlimizdə olan məlumatlara görə, onların arasında ilk rəsmi əlaqə 2017-ci ilin iyununda “Twitter“ üzərindən olub. O vaxta qədər isə əməkdaşlıq artıq bir ildən çox idi qurulmuşdu”, – deyə Qrozev bildirib.
O, həmçinin əlavə edib ki, Qaytancieva işdən çıxarıldıqdan sonra da Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi tədbirlərə qatılıb, Kremlə yaxın KİV-lə əməkdaşlıq edib və Ukraynadakı guya “biolaboratoriyalar” barədə konspirasiya nəzəriyyələrini təbliğ etməyə başlayıb.
Bu hadisə göstərdi ki, yalanlar bir müddət dolaşa bilər, lakin hüquqi əsas və beynəlxalq etimad yoxdursa, onların dayaqları çökməyə məhkumdur. Azərbaycan bu hücuma qarşı hüquqi əsaslarla, diplomatik çevikliklə və açıq informasiya siyasəti ilə uğurla mübarizə apardı. İddiaların rəsmi təsdiqini tapmaması Azərbaycanın günahsızlığını və möhkəm beynəlxalq etibarını bir daha sübut etdi. Bütün proses göstərdi ki, müasir dövrdə dövlətlər təkcə fiziki sərhədlərini deyil, informasiya məkanlarını da qorumaq məcburiyyətindədir. Azərbaycan bu imtahandan üzüağ çıxdı.
2017’de Azerbaycan, uluslararası düzeyde ciddi ve asılsız bir suçlamayla karşı karşıya kaldı. O dönemde Azerbaycan, diplomatik uçuşlarla Suriye’deki terörist gruplara silah göndermekle suçlandı. Bulgaristan’da yayılan ve daha sonra Rusya yanlısı medya platformlarında geniş çapta dolaşıma giren bu iddialarda, Azerbaycan’ın “Silk Way Airlines” şirketinin, ABD ve Doğu Avrupa ülkelerinden alınan silahları 350’den fazla diplomatik uçuşla çatışma bölgelerine taşıdığı belirtiliyordu. Ancak zamanla bu kampanyanın hiçbir hukuki veya fiili temelinin olmadığı, aksine, kasıtlı olarak Azerbaycan’ın uluslararası itibarını zedelemek için düzenlendiği ortaya çıktı.
Aynı yıl Bulgaristan’ın “Trud” gazetesinde gazeteci Dilyana Gaytancieva tarafından yayınlanan makalede, diplomatik statülü yüklerle Azerbaycan’ın gerçekleştirdiği uçuşlar aracılığıyla silahların Suriye’deki radikal gruplara ulaştırıldığı iddia ediliyordu. Makalede şöyle deniyordu: “Azerbaycan, diplomatik uçuşları kullanarak ABD silahlarını Orta Doğu’daki çatışma bölgelerine aktarıyor. Bu uçuşların çoğu diplomatik dokunulmazlıkla yapıldı ve gümrükten geçmedi”.
Azerbaycan ise bu asılsız iddialara prensipli ve hukuki temellerle cevap verdi. Dışişleri Bakanlığı, “Azerbaycan’ın uluslararası hukukun norm ve prensiplerine daima sadık olduğunu. İleri sürülen suçlamalar tamamen asılsızdır ve ülkemize karşı yürütülen kasıtlı bir kampanyanın bir parçasıdır” şeklinde bir açıklama yaptı.
Buna karşılık, “Silk Way Airlines” şirketi de konuya ilişkin bir açıklama yaparak, tüm uçuşların uluslararası normlara uygun olarak, BM ve NATO gibi kuruluşların resmi izinleri doğrultusunda gerçekleştirildiğini belirtti: “Hiçbir taşıma yasa dışı yüklerle ilgili olmamıştır. Diplomatik statü sadece uluslararası askeri lojistik ve insani yardım misyonlarına aittir”.
Dikkat çeken nokta, suçlamaların yayıldığı dönemde ne ABD, ne BM ne de Avrupa Birliği’nin bu konuyla ilgili bir soruşturma başlatmamış olmasıdır. Böylece iddiaların hukuki dayanağının olmadığı uluslararası düzeyde de teyit edilmiş oldu. Azerbaycan tarafı o dönemde bu kampanyayı siyasi amaçlı ve itibar zedeleyici bir saldırı olarak değerlendirdi.
Daha sonra olayların arka planı aydınlandı. 2025’te “The Insider” portalı tarafından Roman Dobrokhotov, Christo Grozev ve Michael Weiss imzasıyla yayınlanan araştırmada, bu “sızmaların” kaynağının GRU’nun (Rusya Silahlı Kuvvetleri Genelkurmay Başkanlığı Ana İstihbarat Dairesi. Daha çok eski SSCB Silahlı Kuvvetleri Genelkurmay Başkanlığı Ana İstihbarat Dairesi adıyla – GRU olarak bilinir) 29155 sayılı birimi olduğu ortaya çıktı.
Bu birimin adı daha önce de cinayet, sabotaj ve yıkım operasyonlarında geçmişti.
Azerbaycan’ın İngilizce yayın yapan Anewz.Az televizyon kanalı, araştırmanın detaylarını öğrenmek için Christo Grozev ile bir röportaj yaptı.
Grozev röportajında, araştırma sonucunda elde ettikleri bilgilerin, yıllardır soruşturması GRU birimlerine veya FSB’ye (Rusya Federal Güvenlik Servisi) havale edilmiş birçok dezenformasyon kampanyasının aslında kendileri tarafından yürütüldüğünü gösterdiğini belirtti: “Bu operasyonlar çoğu zaman diğer suçlarını – cinayetleri, patlamaları, sabotajları örtbas etmek için kullanılıyordu. Amaç açıktı – NATO ülkelerini itibarsızlaştırmak, Batı karşıtı ruh halini güçlendirmek ve Azerbaycan’ı güya Batı’nın Suriye’deki planlarının bir parçası olarak sunmak. GRU’nun sahte hesabından Dilyana’ya gönderilen belgeler – uçuş kayıtları, diplomatik mektuplar, silah listeleri sonradan ya tamamen sahte ya da tahrif edilmiş bilgiler olarak ortaya çıktı. “Silk Way” hikayesi Rus propagandasının klasik bir örneği haline geldi”.
Araştırmacı Grozev, Azerbaycan’la ilgili önyargılı makalenin yazarı Dilyana Gaytancieva’nın GRU ile ilişkilerine dair de ilginç gerçekler açıkladı.
“Raporumuzda bir gazetecinin adını açıkça belirttik – Dilyana Gaytancieva. Onun GRU ile ilişkilerinin ideolojik motivasyonlara dayandığını düşünüyordum. Ancak, cinayetlerle uğraşan, muhalifleri ve Kremlin rakiplerini ortadan kaldırmak için faaliyet gösteren bir GRU birimiyle işbirliği yaptığı ortaya çıktı. Gaytancieva’nın GRU ile ilişkileri 2017’den de öncesine gidiyor. Elimizdeki bilgilere göre, aralarındaki ilk resmi temas 2017 yılının Haziran ayında “Twitter” üzerinden oldu. O zamana kadar ise işbirliği zaten bir yıldan fazla süredir kurulmuştu” diye Grozev belirtti.
Ayrıca, Gaytancieva’nın işten çıkarıldıktan sonra da Rusya Savunma Bakanlığı’nın düzenlediği etkinliklere katıldığını, Kremlin’e yakın medya kuruluşlarıyla işbirliği yaptığını ve Ukrayna’daki sözde “biyolaboratuvarlar” hakkında komplo teorileri yaymaya başladığını da ekledi.
Bu olay, yalanların bir süre dolaşabileceğini ancak hukuki temel ve uluslararası güven yoksa, temellerinin çökmeye mahkum olduğunu gösterdi. Azerbaycan bu saldırıya karşı hukuki temellerle, diplomatik çeviklikle ve açık bir bilgi politikasıyla başarıyla mücadele etti. İddiaların resmi olarak teyit edilmemesi, Azerbaycan’ın masumiyetini ve sağlam uluslararası itibarını bir kez daha kanıtladı. Tüm süreç, modern çağda devletlerin sadece fiziksel sınırlarını değil, aynı zamanda bilgi alanlarını da korumak zorunda olduğunu gösterdi. Azerbaycan bu sınavdan alnının akıyla çıktı.