Ötən ilin dekabrında Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan və Vətən müharibəsində qazanılan Şanlı Qələbədən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilən “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni kitab nəfis tərtibatda işıq üzü görüb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu kitab artıq çox böyük oxucu kütləsinin müsbət rəyini qazanan və 10 dilə tərcümə edilərək həm ölkəmizdə, həm də bir sıra xarici dövlətlərdə təqdimat mərasimləri keçirilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının ikinci hissəsidir.
“Bu gün isə Vətən savaşında qazanılan Şanlı Qələbədən sonrakı dövrdə ölkə Başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çox mühüm hadısələrin təbliğində mühüm rol oynayacaq kitabın ikinci hissəsinin rus dilində olan çapı – “История Отечественной войны. Восстановление территориальной целостности Азербайджана” – Фактор личности” kitabı işıq üzü görüb. Bu kitabda bir günlük anti-terror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin bərpası, Xankəndi, Ağdərə, Xocalı, Əsgəran, Xocavənddə dövlət bayrağımızın ucaldılması və Xankəndidəki tarixi hərbi parad, qısa zaman kəsiyində işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yeni infrastrukturun yaradılması, Böyük Qayıdış Proqramına uyğun keçmiş məcburu köçkünlərin öz doğma yurdlarına qayıdışı kimi çox mühüm tarixi hadisələr öz əksini tapıb.
Bu nəşrin possovet dövlətləri və Şərqi Avropanın rusdilli auditoriyasına təqdim olunması nəzərdə tutulur, həmçinin ilk nəşrdə olduğu kimi dünyanın müxtəlif ali təhsil müəssisələrinə, kitabxanalara, aparıcı informasiya vasitələrinə təqdim olunacaqdır. Bununla da xaricdəki rusdilli auditoriya İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda aparılan quruculuq işləri barədə daha geniş məlumat alacaqlar”, – məlumatda qeyd olunub.
Geçtiğimiz yılın aralık ayında Bakü Şehir İcra Hakimiyeti ve AMEA Tarih Enstitüsü’nün ortak projesi olan ve Vatan Savaşı’nda kazanılan Şanlı Zafer’den bu yana Azerbaycan’da meydana gelen çok önemli olaylara adanan “Vatan Savaşı Tarihi. Azerbaycan’ın toprak bütünlüğünün restorasyonu – Şahsiyet faktörü” adlı yeni kitap, zarif bir tasarımla yayınlandı.
Bakü Şehir İcra Hakimiyeti basın servisinden APA’ya verilen habere göre, bu kitap zaten çok büyük bir okuyucu kitlesinin olumlu görüşünü kazanan ve 10 dile çevrilerek hem ülkemizde hem de bir dizi yabancı ülkede tanıtım törenleri düzenlenen “Vatan Savaşı Tarihi – Şahsiyet faktörü” kitabının ikinci bölümüdür.
“Bugün ise Vatan savaşında kazanılan Şanlı Zafer’den sonraki dönemde ülke Cumhurbaşkanı Sayın İlham Aliyev’in liderliğinde hayata geçirilen çok önemli olayların tanıtımında önemli rol oynayacak kitabın ikinci bölümünün Rusça baskısı – “История Отечественной войны. Восстановление территориальной целостности Азербайджана” – Фактор личности” kitabı yayınlandı. Bu kitapta bir günlük anti-terör operasyonu sonucunda ülkemizin egemenliğinin restorasyonu, Hankendi, Ağdere, Hocali, Askeran, Hocavend’de devlet bayrağımızın dikilmesi ve Hankendi’deki tarihi askeri geçit töreni, kısa zaman diliminde işgalden kurtarılan bölgelerde hayata geçirilen geniş çaplı inşaat çalışmaları, yeni altyapının oluşturulması, Büyük Geri Dönüş Programı’na uygun olarak eski zorunlu göçmenlerin kendi doğdukları topraklara geri dönüşü gibi çok önemli tarihi olaylar yer alıyor.
Bu yayının post-Sovyet devletleri ve Doğu Avrupa’nın Rusça konuşan kitlesine sunulması planlanıyor, ayrıca ilk yayında olduğu gibi dünyanın çeşitli yüksek öğretim kurumlarına, kütüphanelere, önde gelen haber kaynaklarına sunulacaktır. Böylece, yurt dışındaki Rusça konuşan kitle, İkinci Karabağ Savaşı’ndan sonra Azerbaycan’da yürütülen inşaat çalışmaları hakkında daha geniş bilgi edineceklerdir”, – açıklamada belirtildi.