VI Diaspora Gençlik Yaz Kampının Açılış Töreni Khankendi’de düzenleniyor

VI Diaspora Gençlik Yaz Kampının Açılış Töreni Khankendi'de düzenleniyor

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimi keçirilir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, açılış mərasimində rəsmi şəxslər, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirlər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi avqustun 9-dək davam edəcək. Tədbirə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri qatılıb.

Düşərgənin proqramı olduqca zəngindir. İştirakçılar dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alacaq, rəsmi şəxslər və diplomatlarla, müxtəlif sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə görüşəcək, Qarabağla daha yaxından tanış olacaq, ana dili dərslərində, əyləncəli proqramlarda və intellektual oyunlarda iştirak edəcəklər.

Xatırladaq ki, Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi həm ölkə daxilində, həm də diaspor arasında böyük marağa səbəb olub və nüfuz qazanıb. Yay düşərgələrinə ildən-ilə daha böyük maraq göstərilməsi bunun bariz nümunəsidir.

Bu günə kimi Düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il 60-dan çox ölkədən ümumilikdə 3 mindən artıq müraciət edilib və müraciətçilərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı olub.

Hankendi’de Diaspora Gençlerinin VI. Yaz Kampı’nın açılış töreni yapılıyor.

APA’nın Karabağ bürosu, açılış törenine resmi yetkililerin, tanınmış bilim, kültür ve sanat insanlarının katıldığını bildiriyor.

Belirtmek gerekir ki, Diaspora ile İş Üzre Devlet Komitesi ve Haydar Aliyev Vakfı’nın ortak organizasyonu ile “Anayasa ve Egemenlik Yılı”na adanmış Diaspora Gençlerinin VI. Yaz Kampı 9 Ağustos’a kadar devam edecek. Etkinliğe dünyanın 61 ülkesinden 128 Azerbaycanlı ve Azerbaycan’a dostane bir tutum sergileyen halkların gençleri katılıyor.

Kampın programı oldukça zengin. Katılımcılar devlet başkanının liderliğinde yürütülen diaspora politikası hakkında ayrıntılı bilgi alacak, resmi yetkililer ve diplomatlarla, çeşitli alanlardaki uzmanlarla, şehit ailelerinin üyeleri ve kahraman gazilerimizle görüşecek, Karabağ’ı daha yakından tanıyacak, ana dil derslerinde, eğlenceli programlarda ve zeka oyunlarında yer alacaklar.

Hatırlatmak gerekir ki, Diaspora Gençlerinin Yaz Kampı projesi hem ülke içinde hem de diaspora arasında büyük ilgi görmüş ve itibar kazanmıştır. Yaz kamplarına yıldan yıla daha fazla ilgi gösterilmesi bunun açık bir örneğidir.

Bugüne kadar Kamplar Şeki, Şamahı, Şuşa, Nahçıvan ve Laçın şehirlerinde yapıldı. Kampların organizasyon komitesine her yıl 60’tan fazla ülkeden toplamda 3 binden fazla başvuru yapıldı ve başvuranların 700’den fazlası yaz kamplarına katıldı.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top