“Norm” ASC 2024-cü ilin audit olunmuş maliyyə nəticələrinə dair hesabatı dərc edib. Hesabata əsasən, şirkətin ötən ilki maliyyə göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksəlib. Belə ki, “Norm” ASC-də satış gəliri 13% artaraq 256 milyon AZN təşkil edib, ümumi gəlir isə 18,8% artaraq 130 milyon AZN-ə çatıb. Əməliyyat mənfəəti 18 milyon manat, yəni 28,2% artaraq, 81,5 milyon manata, vergidən əvvəlki mənfəəti isə 15,9% artaraq, 77,43 milyon manata çatıb.
“Norm” ASC-nin Maliyyə və strategiya üzrə baş icraçı direktor müavini Elvin Mirzəyev bildirib ki, 2024-cü il ərzində uğurlu idarəetmə və effektiv fəaliyyət nəticəsində şirkət həm gəlirlərini, həm də xalis mənfəətini artırmağa nail olub. O, həmçinin qeyd edib ki, “Norm” ASC ötən il yüksək məbləğdə – 19,2 milyon AZN-dən çox mənfəət vergisi ödəyərək, ölkənin ən iri vergi ödəyicilərindən biri olub.
Şirkətin Baş icraçı direktoru Henning Sasse “Norm” ASC-nin sement bazarının lideri kimi ötən ili uğurlu başa vurduğunu vurğulayıb: “2024-cü ildə əldə etdiyimiz yüksək nəticələrə əsaslanaraq, hazırda tikinti materialları seqmentində genişlənmə strategiyasını uğurla həyata keçiririk. Bu ilin may ayından etibarən şirkətimiz sement əsaslı quru qarışıqlar üzrə yeni məhsullarını Storm brendi ilə bazara təqdim edib. Biz inanırıq ki, tikinti materialları sahəsindəki bu genişlənmə şirkətin fəaliyyət göstəricilərini möhkəmləndirməklə yanaşı, inşaat sektorunun dayanıqlı inkişafına da töhfə verəcək.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
“Norm” ASC, 2024 yılının denetlenmiş mali sonuçlarına dair raporunu yayınladı. Rapora göre, şirketin geçen yılki mali göstergeleri önceki yıla kıyasla önemli ölçüde arttı. Şöyle ki, “Norm” ASC’de satış geliri %13 artarak 256 milyon AZN’ye ulaştı, toplam gelir ise %18,8 artarak 130 milyon AZN’ye ulaştı. Faaliyet karı 18 milyon manat, yani %28,2 artarak 81,5 milyon manata, vergi öncesi karı ise %15,9 artarak 77,43 milyon manata ulaştı.
“Norm” ASC’nin Mali İşler ve Strateji’den Sorumlu Genel Müdür Yardımcısı Elvin Mirzəyev, 2024 yılı boyunca başarılı yönetim ve etkin faaliyetler sonucunda şirketin hem gelirlerini hem de net karını artırmayı başardığını belirtti. Ayrıca, “Norm” ASC’nin geçen yıl yüksek miktarda – 19,2 milyon AZN’den fazla kurumlar vergisi ödeyerek ülkenin en büyük vergi mükelleflerinden biri olduğunu da kaydetti.
Şirketin Genel Müdürü Henning Sasse, “Norm” ASC’nin çimento pazarının lideri olarak geçen yılı başarılı bir şekilde tamamladığını vurguladı: “2024 yılında elde ettiğimiz yüksek sonuçlara dayanarak, şu anda inşaat malzemeleri segmentinde genişleme stratejisini başarıyla uyguluyoruz. Bu yılın Mayıs ayından itibaren şirketimiz çimento esaslı kuru karışımlar üzerine yeni ürünlerini Storm markasıyla piyasaya sundu. İnşaat malzemeleri alanındaki bu genişlemenin, şirketin faaliyet performansını güçlendirmenin yanı sıra, inşaat sektörünün sürdürülebilir gelişimine de katkı sağlayacağına inanıyoruz.”
“Norm” ASC, 10’dan fazla ülkede enerji, telekomünikasyon, yüksek teknolojiler ve inşaat alanlarında faaliyet gösteren uluslararası şirketler grubu olan NEQSOL Holding’in bünyesinde yer almaktadır.