Xəzər dənizini beynəlxalq enerji bazarları ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum və Cənub Qaz Dəhlizi kimi strateji layihələr sayəsində Azərbaycan bu gün neftini 25, təbii qazını isə 12 ölkəyə uğurla ixrac edir.
Ötən il Azərbaycanın neft ixracının 75%-dən çoxunun, təbii qaz tədarükünün isə 51%-nin Avropa ölkələrinə yönəldiyini vurğulayan nazir bildirib ki, qısa müddət ərzində boru kəməri ilə qaz nəqlinin coğrafi əhatəsinə görə dünyada qabaqcıl mövqe tutan Azərbaycan, Avropa İttifaqına (Aİ) boru kəməri ilə nəql olunan qazın həcminə görə 7% payla dördüncü təchizatçıdır.
“Bu bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün növ enerji resurslarına rasional və balanslaşdırılmış yanaşması, eləcə də ixrac infrastrukturunun inkişafına yönəlmiş qətiyyətli siyasəti ölkəmizin müasir enerji xəritəsində strateji mövqeyini möhkəmləndirərək, qeyri-sabit bir dünyada etibarlı enerji təhlükəsizliyinin nümunəvi modelini formalaşdırıb”, – deyə nazir əlavə edib.
Qaz tədarükünün perspektivləri xüsusunda hazırda işlənməkdə olan beş layihə, eləcə də Bakı Enerji Həftəsi çərçivəsində TPAO, Exxon Mobil Corporation, MOL, ITOCHU və Gran Tierra Energy şirkətləri ilə imzalanmış əməkdaşlıq sənədləri diqqətə çatdırılıb.
Hazar Denizi’ni uluslararası enerji piyasalarıyla birleştiren Bakü-Tiflis-Ceyhan, Bakü-Tiflis-Erzurum ve Güney Gaz Koridoru gibi stratejik projeler sayesinde Azerbaycan bugün petrolünü 25, doğal gazını ise 12 ülkeye başarıyla ihraç etmektedir.
Geçtiğimiz yıl Azerbaycan’ın petrol ihracatının %75’inden fazlasının, doğal gaz tedarikinin ise %51’inin Avrupa ülkelerine yöneldiğini vurgulayan bakan, kısa sürede boru hattıyla gaz naklinin coğrafi kapsamına göre dünyada öncü konuma gelen Azerbaycan’ın, Avrupa Birliği’ne (AB) boru hattıyla nakledilen gazın hacmine göre %7 payla dördüncü tedarikçi olduğunu belirtti.
“Bu bir kez daha teyit ediyor ki, Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı Sayın İlham Aliyev’in her türlü enerji kaynağına rasyonel ve dengeli yaklaşımı, aynı zamanda ihracat altyapısının geliştirilmesine yönelik kararlı siyaseti, ülkemizin modern enerji haritasındaki stratejik konumunu güçlendirerek, istikrarsız bir dünyada güvenilir enerji güvenliğinin örnek modelini oluşturmuştur,” diye ekledi bakan.
Gaz tedarikinin perspektifleri hususunda halihazırda geliştirilmekte olan beş proje, ayrıca Bakü Enerji Haftası çerçevesinde TPAO, Exxon Mobil Corporation, MOL, ITOCHU ve Gran Tierra Energy şirketleriyle imzalanmış işbirliği belgelerine dikkat çekildi.