Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, tədbirlərlə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 40 yaşlı Elnur Yekəyev saxlanılıb.
Ondan 4 kiloqramdan artıq marixuana və elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin bir hissəsini isə “Günel” adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlərlə etdiyi qanunsuz əməllərə görə axtarışda olan Günel İbişovanın yeri polislər tərəfindən müəyyən olunub və həmin şəxs saxlanılıb.
Onun yaşadığı ünvandan torpağa basdıraraq gizlətdiyi 2 kiloqram 700 qram marixuana və 2412 ədəd metadon həbi aşkarlanıb. G.İbişova narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Balaken İlçe Polis Departmanı çalışanlarının gerçekleştirdiği operasyon sırasında, yasa dışı yollarla ülke topraklarına getirilen büyük miktarda uyuşturucu maddenin satışı engellendi.
İçişleri Bakanlığı Basın Servisi’nin Şeki bölgesel grubundan APA’ya yapılan açıklamada, önceden de uyuşturucu madde kaçakçılığıyla uğraştığı için defalarca hüküm giymiş 40 yaşındaki Elnur Yekayev’in gözaltına alındığı belirtildi.
Üzerinde 4 kilogramdan fazla marihuana ve bir elektronik terazi bulundu. Gözaltına alınan şahıs, uyuşturucunun bir kısmını “Günel” adlı bir kişiden aldığını söyledi. Devam eden operasyonlarla, yasadışı eylemlerinden dolayı aranan Günel İbişova’nın yeri polis tarafından tespit edildi ve şahıs gözaltına alındı.
İkamet ettiği adreste toprağa gömerek sakladığı 2 kilogram 700 gram marihuana ve 2412 adet metadon hapı bulundu. G.İbişova, uyuşturucuyu kimliği soruşturma altında olan İranlı bir vatandaştan aldığını belirtti.
Olayla ilgili ceza davası başlatıldı ve her iki şahıs hakkında mahkeme kararıyla tutuklama kararı çıkarıldı.