Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.
Qeyd edilib ki, ötən gün 8 Noyabr prospektində 3 avtomobilin iştirakı ilə baş verən qəza səbəbindən mərkəz istiqamətində müddəti 1 saat 30 dəqiqə olan nəqliyyat sıxlığı yaranıb. Buna səbəb isə qəzada iştirak edən sürücülərin avtomobillərini yolun kənarına çəkmək əvəzinə, sığorta əməkdaşlarını gözləmələri olub.
“Müşahidələr deməyə əsas verir ki, maddi zərərlə nəticələnən bu cür hadisələrə, xüsusilə də nəqliyyatın intensiv olduğu, Heydər Əliyev, Ziya Bünyadov, 8 Noyabr prospektlərində, Bakı-Sumqayıt, Aeroprt şoselərində və digər mərkəzi yollarda tez-tez rast gəlinir.
“Yol hərəkəti haqqında” Qanunda qəza baş verdiyi zaman sürücülərin hansı hallarda nəqliyyat vasitələrini yolun kənarına çəkib-çəkməmələri ilə bağlı müddəalar qeyd olunub. Əvvəlcə bildirək ki, yol-nəqliyyat hadisəsi baş verdiyi zaman sürücülər mütləq yol polisinə məlumat verməlidirlər.
“Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 4-cü bəndinin 5-ci hissəsinə əsasən, əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.
Həmin maddənin 1 və 3-cü bəndlərinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir. Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır”, – məlumatda vurğulanıb.
NİİM yollarda baş verə biləcək nəqliyyat sıxlığının qarşısını almaq üçün sürücüləri qaydalara əməl etməyə və diqqətli olmağa çağırıb.
İçişleri Bakanlığı Entelektüel Ulaştırma Yönetim Merkezi (NİİM) sürücülere başvurdu.
Dün 8 Kasım Caddesi’nde 3 aracın karıştığı kaza nedeniyle merkeze doğru 1 saat 30 dakika süren trafik sıkışıklığı yaşandığı belirtildi. Bunun nedeni ise kazaya karışan sürücülerin araçlarını yol kenarına çekmek yerine sigorta yetkililerini beklemesi oldu.
“Gözlemler, özellikle trafiğin yoğun olduğu Haydar Aliyev, Ziya Bünyadov, 8 Kasım caddelerinde, Bakü-Sumgayıt, Havaalanı otoyollarında ve diğer merkezi yollarda maddi hasarla sonuçlanan bu tür olaylara sıkça rastlandığını göstermektedir.
“Karayolu Trafik Yasası”nda, kaza meydana geldiği zaman sürücülerin hangi durumlarda araçlarını yol kenarına çekip çekmemeleri gerektiği ile ilgili maddeler yer almaktadır. Öncelikle, trafik kazası meydana geldiği zaman sürücülerin mutlaka trafik polisine haber vermesi gerektiğini belirtelim.
“Karayolu Trafik Yasası”nın 37. maddesinin 4. fıkrasının 5. bendine göre, eğer trafik kazası sonucunda kimse yaralanmamışsa, maddi zarar önemsizse, araçlarda hareket etmelerini engelleyecek bir arıza yoksa ve trafik kazasını yapanlar olayın meydana geldiği koşulları değerlendirmede anlaşmaya varırlarsa, olayın şemasını hazırlayıp imzaladıktan sonra, olayı belirlenmiş usulde belgelendirmek için Azerbaycan Cumhuriyeti’nin ilgili yürütme organına gelmelidirler.
Aynı maddenin 1 ve 3. bentlerine göre, mekanik bir taşıtın sürücüsü trafik kazası sırasında taşıtı yerinden oynatmamalı, kaza uyarı işaretini kurmalı, kaza ışık sinyalini yakmalı veya yanıp sönen kırmızı ışık fenerini koymalı, olaya ait eşyaların yerini değiştirmemelidir. Başka taşıtların hareketi imkansız olduğunda, yolun hareket kısmını boşaltmalıdır”, – açıklamada belirtildi.
NİİM, yollarda meydana gelebilecek trafik sıkışıklığını önlemek için sürücüleri kurallara uymaya ve dikkatli olmaya çağırdı.