Devlet komitesinde yabancı gazetecilerle bir toplantı yapıldı

Devlet komitesinde yabancı gazetecilerle bir toplantı yapıldı

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ölkəmizə səfərə gələn, BMT Baş Qərargahında akkreditə olunmuş və BMT Müxbirlər Assosiasiyasına üzv jurnalistlər – Vüsalə Abbasova, Stefano Vakkara, Cordan Dakamseh ilə görüşüb.

Jurnalistlərə ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti və komitənin fəaliyyəti barədə məlumat verilib. Ermənistanın deportasiya və işğal siyasətinin tarixi kökləri, bu siyasətin nəticəsində yaranan qaçqın və məcburi köçkün problemi və soydaşlarımızın vaxtilə üzləşdikləri məhrumiyyətlər geniş şəkildə izah olunub. Bildirilib ki, münaqişənin ilk illərində məcburi köçkünlər müxtəlif müvəqqəti yaşayış obyektlərində və çadır düşərgələrində çətin şəraitdə məskunlaşıblar. Dövlət tərəfindən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir standartlara cavab verən qəsəbələr, yaşayış kompleksləri inşa edilib.

Diqqətə çatdırılıb ki, hər bir məcburi köçkün dövlətin sosial siyasətinə uyğun olaraq təhsil və səhiyyə xidmətlərindən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına müəyyənləşdirilən güzəşt və imtiyazlardan yararlanırlar. Onların maddi rifahının yüksəldilməsi üçün tədbirlər görülür. Prezident İlham Əliyevin sosial siyasətinin prioritetləri arasında məcburi köçkünlərin problemlərinin həlli mühüm yer tutur və Birinci vitse-prezident Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət yetirir.

Hazırda Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, keçmiş məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurda qayıdışı həyata keçirilir. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilib, genişmiqyaslı tədbirlər uğurla icra olunur. Lakin işğal dövründə minalanmış ərazilər bu prosesi ləngidir. İşğaldan azad edilmiş ərazilərdə problemlərin mərkəzləşdirilmiş şəkildə həlli üçün Əlaqələndirmə Qərargahı yaradılıb. Bu qurum sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələləri həll edir.

Doğma yurda qayıdışa münasibəti öyrənmək üçün keçmiş məcburi köçkünlər arasında sorğu keçirilir, bundan sonra komitə ilə köçkün arasında niyyət protokolu imzalanır. Yaşayış sahələrinin bölgüsündə şəffaflıq və ədaləti təmin etmək üçün püşkatma keçirilir.

Jurnalistlər səmimi və faydalı görüşə görə minnətdarlıq bildirərək, səfərin məqsədinin Azərbaycan həqiqətlərini obyektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıblar.

Qonaqlar qeyd ediblər ki, qaçqın və məcburi köçkün məsələsi bəzi ölkələrin qarşılaşdığı ən çətin vəziyyətdir. Ləyaqətli qayıdış məcburi köçkün üçün ən əhəmiyyətli amildir. Azərbaycan bu kateqoriyadan olan şəxslərin təhlükəsiz və ləyaqətlə geri dönməsi üçün real imkanlar yaradıb.

Görüşdə jurnalistlərin sualları ətraflı cavablandırılıb.

Azerbaycan Cumhuriyeti Mülteciler ve Zorunlu Göçmenlerin İşleri Devlet Komitesi Başkanı Rövşen Rzayev, Diaspora ile İşler Devlet Komitesi’nin desteğiyle ülkemize gelen, BM Genel Merkezi’nde akredite olmuş ve BM Muhabirler Derneği üyesi gazeteciler – Vüsale Abbasova, Stefano Vaccara, Jordan Dakamseh ile görüştü.

Gazetecilere ülkemizde mülteciler ve zorunlu göçmenlerle ilgili yürütülen devlet politikası ve komitenin faaliyetleri hakkında bilgi verildi. Ermenistan’ın sınır dışı etme ve işgal politikasının tarihi kökleri, bu politikanın sonucu olarak ortaya çıkan mülteci ve zorunlu göçmen sorunu ve soydaşlarımızın geçmişte karşılaştığı mahrumiyetler geniş bir şekilde anlatıldı. Çatışmanın ilk yıllarında zorunlu göçmenlerin çeşitli geçici yaşam alanlarında ve çadır kamplarında zor şartlarda yaşadığı belirtildi. Devlet tarafından onların yaşam koşullarını iyileştirmek amacıyla modern standartlara uygun yerleşim yerleri, yaşam kompleksleri inşa edildi.

Her bir zorunlu göçmenin devletin sosyal politikasına uygun olarak eğitim ve sağlık hizmetlerinden, ayrıca devlet bütçesinden belirlenen indirim ve imtiyazlardan yararlandığına dikkat çekildi. Onların maddi refahını artırmak için önlemler alınıyor. Cumhurbaşkanı İlham Aliyev’in sosyal politikasının öncelikleri arasında zorunlu göçmenlerin sorunlarının çözümü önemli bir yer tutuyor ve Birinci Cumhurbaşkanı Yardımcısı Mehriban Aliyeva bu alana özel önem veriyor.

Şu anda Azerbaycan toprak bütünlüğünü ve devlet egemenliğini tamamen yeniden sağladı. Uluslararası hukukun prensiplerine uygun olarak, eski zorunlu göçmenlerin gönüllü, güvenli ve onurlu bir şekilde doğdukları topraklara dönüşleri gerçekleştiriliyor. Bu amaçla ilgili Devlet Programı kabul edildi, geniş çaplı önlemler başarıyla uygulanıyor. Ancak işgal döneminde mayınlanan araziler bu süreci yavaşlatıyor. İşgalden kurtarılan bölgelerde sorunların merkezi olarak çözümü için Koordinasyon Karargahı oluşturuldu. Bu kurum sosyal-ekonomik, insani, organizasyonel ve diğer acil konuları çözüyor.

Doğdukları topraklara dönüşe ilişkin tutumu öğrenmek için eski zorunlu göçmenler arasında anket yapılıyor, ardından komite ile göçmen arasında niyet protokolü imzalanıyor. Yaşam alanlarının dağıtımında şeffaflık ve adaleti sağlamak için kura çekiliyor.

Gazeteciler samimi ve verimli görüşme için teşekkür ederek, seyahatin amacının Azerbaycan gerçeklerini objektif bir şekilde uluslararası kamuoyuna aktarmak olduğunu vurguladılar.

Konuklar, mülteci ve zorunlu göçmen konusunun bazı ülkelerin karşılaştığı en zor durum olduğunu belirttiler. Onurlu dönüş, zorunlu göçmen için en önemli faktördür. Azerbaycan bu kategorideki kişilerin güvenli ve onurlu bir şekilde geri dönmesi için gerçek imkanlar yarattı.

Görüşmede gazetecilerin soruları ayrıntılı olarak yanıtlandı.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top