Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı ilə əlaqədar müraciət edib.
Nazirlikdən APA-ya verilən məlumata görə, müraciətdə deyilir Qurban bayramı və tətil günləri ilə əlaqədar olaraq paytaxtdan bölgələrə səfər edən vətəndaşların sayında artım gözlənilir. Bu səbəbdən, həm şəhərdaxili, həm də respublika yollarında nəqliyyat sıxlığının yaranması və qəza riskinin artması ehtimal olunur.
DİN yol hərəkətində təhlükəsizliyin təmin olunması məqsədilə aşağıdakı vacib qaydalara əməl etməyə çağırıb:
Avtomobildə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə edin;
Nəqliyyat vasitəsinin texniki sazlığını öncədən yoxlayın;
Mümkün olduqda səhər saatlarında yola çıxın;
Nəqliyyat vasitəsi istehsalçısı tərəfindən müəyyən edilmiş saydan artıq uşaqlar da daxil olmaqla sərnişin daşımayın;
Sürət həddini aşmayın, ötmə manevrlərini yalnız qaydalara uyğun şəkildə həyata keçirin;
Sərxoş və ya yorğun vəziyyətdə sükan arxasına əyləşməyin;
“Unutmayın, polis əməkdaşları bayram günlərində də respublika yollarında və şəhər ərazilərində fasiləsiz xidmət göstərir, sizin təhlükəsiz və rahat istirahətiniz üçün çalışırlar.
Siz də məsuliyyətli davranaraq özünüzü və yaxınlarınızı qoruya, təhlükəsizliyin təmininə töhfə verə bilərsiniz”, DİN-dən bildirilib.
İçişleri Bakanlığı (DİN) Kurban Bayramı dolayısıyla bir çağrıda bulundu.
Bakanlıktan APA’ya yapılan açıklamaya göre, Kurban Bayramı ve tatil günleri nedeniyle başkentten bölgelere seyahat eden vatandaşların sayısında artış bekleniyor. Bu nedenle, hem şehir içi hem de ülke yollarında trafik yoğunluğunun artması ve kaza riskinin yükselmesi ihtimali bulunuyor.
DİN, yol güvenliğinin sağlanması amacıyla aşağıdaki önemli kurallara uyulması çağrısında bulundu:
Araçta hareket halindeyken emniyet kemeri kullanın;
Aracın teknik sağlamlığını önceden kontrol edin;
Mümkünse sabah saatlerinde yola çıkın;
Araç üreticisi tarafından belirlenen sayıdan fazla, çocuklar da dahil olmak üzere yolcu taşımayın;
Hız sınırını aşmayın, sollama manevralarını yalnızca kurallara uygun şekilde gerçekleştirin;
Alkol veya yorgun halde direksiyon başına geçmeyin;
“Unutmayın, polis memurları bayram günlerinde de ülke yollarında ve şehir bölgelerinde kesintisiz hizmet veriyor, sizin güvenli ve rahat bir tatil geçirmeniz için çalışıyorlar.
Siz de sorumluluk sahibi davranarak kendinizi ve sevdiklerinizi koruyabilir, güvenliğin sağlanmasına katkıda bulunabilirsiniz,” DİN’den bildirildi.