Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) çoxmənzilli yaşayış binalarında sakinlərin internet telekommunikasiya xidməti göstərən operator və provayderi sərbəst seçmək hüququnun qorunması, operator və provayderlərə bərabər şərait yaradılması istiqamətində fəaliyyətini davam etdirir.
İKTA-dan “APA-Economics”ə verilən məlumata görə, son 1 il ərzində İKTA-ya 194 yaşayış kompleksində operator və provayderi sərbəst seçmək hüququnun təmin edilməsi, operator və provayderlərə bərabər şəraitin yaradılması ilə bağlı 215 müraciət daxil olub.
Qeyd edilib ki, İKTA tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 83 müraciət üzrə çoxmənzilli yaşayış binalarında 1 internet provayderinin fəaliyyət göstərdiyi aşkar edilib. Bundan əlavə, 80 müraciət üzrə 2, 36 müraciət üzrə isə 3 və daha artıq internet provayderinin fəaliyyət göstərdiyi müəyyən olunub.
Hazırda tənzimləyici qurum tərəfindən 16 müraciət üzrə məsələnin araşdırılması həyata keçirilir.
İKTA tərəfindən atılmış addımlar nəticəsində 17 müraciət müsbət həllini tapıb. Belə ki, müvafiq MTK-lar və idarəedici təşkilatlar tərəfindən internet operator və provayderlərə həmin binalarda fəaliyyət göstərmək imkanı yaradılıb. Digər müraciətlər üzrə də tədbirlər davam etdirilir.
Telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurum İKTA bəyan edir ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, abunəçilərin operator və provayderləri sərbəst seçmək hüququ var və bu hüququn təmin edilməsinə müvafiq şərait yaradılmalıdır.
Tənzimləyici qurum istifadəçilərin maraq və hüquqlarının pozulmasına səbəb olmaqla digər operator və provayderlərin fəaliyyətinə maneə törədərək tək fəaliyyət göstərən operator və provayderlər barəsində qanunvericiliyə uyğun tədbirlərin davam etdiriləcəyini bir daha xatırladır.
Agentlik bəyan edir ki, qanunvericiliyə uyğun olaraq istifadəçilərin maraq və hüquqlarının pozulmasına, yaxud qanunazidd olan hər hansı digər əməllərə yol verən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Müvafiq pozuntu halları ilə qarşılaşan istehlakçı və internet provayderlərinə bu məsələlərlə bağlı tənzimləyici quruma müraciət etmələri tövsiyə olunur.
Xatırladaq ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Azerbaycan’ın telekomünikasyon ve posta hizmetleri düzenleme kurumu olan Bilgi İletişim Teknolojileri Ajansı (İKTA), çok katlı binalarda yaşayanların internet telekomünikasyon hizmeti sunan operatör ve sağlayıcıyı serbestçe seçme hakkının korunması, operatör ve sağlayıcılara eşit şartlar sağlanması yönünde faaliyetlerini sürdürmektedir.
İKTA’dan “APA-Economics”e verilen bilgiye göre, son 1 yıl içinde İKTA’ya 194 konut kompleksinde operatör ve sağlayıcıyı serbestçe seçme hakkının sağlanması, operatör ve sağlayıcılara eşit şartların yaratılması ile ilgili 215 başvuru yapılmıştır.
İKTA tarafından gerçekleştirilen çalışmalar sonucunda 83 başvuruda çok katlı binalarda 1 internet sağlayıcısının faaliyet gösterdiği tespit edilmiştir. Ayrıca, 80 başvuruda 2, 36 başvuruda ise 3 veya daha fazla internet sağlayıcısının faaliyet gösterdiği belirlenmiştir.
Şu anda düzenleme kurumu tarafından 16 başvuru ile ilgili inceleme yapılmaktadır.
İKTA tarafından atılan adımlar sonucunda 17 başvuru olumlu sonuçlanmıştır. İlgili Site Yönetimleri ve yönetici kuruluşlar tarafından internet operatör ve sağlayıcılarına bu binalarda faaliyet gösterme imkanı sağlanmıştır. Diğer başvurularla ilgili çalışmalar devam etmektedir.
Telekomünikasyon ve posta hizmetleri düzenleme kurumu İKTA, “Telekomünikasyon Hakkında” Azerbaycan Cumhuriyeti Kanunu’na göre abonelerin operatör ve sağlayıcıları serbestçe seçme hakkı olduğunu ve bu hakkın sağlanması için uygun koşulların oluşturulması gerektiğini belirtmektedir.
Düzenleme kurumu, kullanıcıların çıkarlarının ve haklarının ihlal edilmesine neden olarak diğer operatör ve sağlayıcıların faaliyetlerini engelleyerek tek faaliyet gösteren operatör ve sağlayıcılar hakkında mevzuata uygun önlemlerin alınmaya devam edeceğini bir kez daha hatırlatmaktadır.
Ajans, mevzuata uygun olarak kullanıcıların çıkarlarının ve haklarının ihlal edilmesine veya yasalara aykırı herhangi bir eyleme neden olan kişilerin yasalarla belirlenmiş şekilde sorumlu tutulacağını belirtmektedir.
İlgili ihlal durumlarıyla karşılaşan tüketicilerin ve internet sağlayıcılarının bu konularda düzenleme kurumuna başvurmaları tavsiye edilmektedir.
Bilgi İletişim Teknolojileri Ajansı’nın ülkede bilgi iletişim teknolojileri (BİT) ve iletişim (telekomünikasyon ve posta) alanlarında düzenleme ve denetimi, ayrıca radyospektrum yönetimini yürüttüğünü hatırlatırız.