Beynəlxalq axtarışda olan şəxs Bosniya və Herseqovinada tutularaq Azərbaycana ekstradisiya edilib.
Qeyd olunub ki, Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi istiqamətində səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir. İyunun 12-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir nəfərin nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olub quldurluq edərək (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi) zərərçəkmiş şəxsə məxsus 120.000 manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Ramil Ramiz oğlunun yeri Bosniya və Herseqovinada müəyyən olunaraq həbs edilib.
Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə işçi danışıqlar aparılıb. Nəticədə həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Ramil Məmmədov nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Sarayevo şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Penitensiar xidmətin müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Uluslararası aranan bir kişi Bosna Hersek’te yakalanarak Azerbaycan’a iade edildi.
Adalet Bakanlığı tarafından, yabancı devletlerin ilgili kurumlarıyla uluslararası arama kararı çıkarılan, suç işlemekle itham edilen kişilerin yakalanarak ülkemize getirilmesi yönünde verimli işbirliği önlemlerinin devam ettiği belirtildi. 12 Haziran’da Interpol’ün Azerbaycan Cumhuriyeti’ndeki Milli Merkez Bürosu tarafından uluslararası arama kararı çıkarılan bir kişinin daha bakanlık tarafından Azerbaycan’a iadesi gerçekleştirildi.
Şöyle ki, bir dizi kişiyle önceden işbirliği yaparak gasp ederek (Azerbaycan Cumhuriyeti Ceza Kanunu’nun 181.3.2. maddesi) mağdura ait 120.000 manat tutarındaki para varlığını ele geçirmekle itham edilen Azerbaycan Cumhuriyeti vatandaşı Memmedov Ramil Ramiz oğlu’nun yeri Bosna Hersek’te tespit edilerek tutuklandı.
Adalet Bakanlığı tarafından ilgili sorgu ve talep edilen belgeler karşı tarafa sunulmuş, ayrıca çalışma görüşmeleri yapılmıştır. Sonuç olarak, söz konusu şahsın ülkemize iadesi konusunda anlaşmaya varılmıştır.
Ramil Memmedov, bakanlığın Uluslararası İşbirliği ana idaresinin ve Ceza İnfaz Kurumu’nun sorumlu çalışanları tarafından Saraybosna şehrinden ülkemize getirilmiş ve mahkemenin tutuklama kararına istinaden Ceza İnfaz Kurumu’nun ilgili soruşturma tecritanesine yerleştirilmiştir.